Sizin reklam burada
Sizin reklam burada

Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir

Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dovlət Agentliyinin direktoru cənab Eşqi Bağırova müraciət.

Dəyərli Eşqi müəllim! Azərbaycan təhsilinin inkişafında əməyiniz və əziyyətinin danılmazdı. Belə bir aöır və gərgin iş zamanı sizi də narahat eləməyə məcbur oldum. Sizə müraciətim- şikayətim Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə Təhsil Sektorunun müdiri Rəşid Məmmədlidəndir. Rəşid Məmmədli mənim hall haqqım olan 600 manat pulumu mənimsəyib vermir. Fevral ayının 1- bu günə qədər nər gün bir bəhanə edir. Belə etməkdə bir məqsədi var ki, mənim pulumu verməsin. Sizə qədər bu problemimlə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri cənab Ramin Abasova və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova müraciət etmişəm. Rəşid Məmmədli tabeli olduğu İdarə müdirinin və İcra başçısının sözünü eşitmədi. Mən də indilik smüraciəti sizə edirəm. Siz də baxmasanız sizdən sonra Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə, daha sonra isə çox hörmətli Mehriban xanım Əliyevaya və cənab Prezidentə müraciət-şikahət edəcəm.
Hörmətli Eşqi müəllim! Bir daha sizdən xahiş edirəm ki, mənim halal pulumu mənsimsəyən Rəşid Məmmədlidən pulumun veri qaytarılmasına köməklik edəsiniz.
Sayğılarla: Yusif Məhəmmədoğlu,
Prezident təqaüdçüsü, Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru, yazıçı- jurnalist

  • Sosial şəbəkədə paylaş