Sizin reklam burada
Sizin reklam burada

"iPhone 19" istehsal edilməyəcək - Bu seriya üçün hazırlıqlar gedir

 "iPhone 19" istehsal edilməyəcək - Bu seriya üçün hazırlıqlar gedir






"Apple" şirkəti 2027-ci ildə bazara "iPhone 19"u yox, birbaşa "iPhone 20"ni təqdim edəcək.

Bu barədə "ETNews" məlumat yayıb.

Bildirilib ki, bu qərar "iPhone" seriyasının 20 illik yubileyini qeyd etmək məqsədi daşıyır.

2027-ci ilin ilk yarısında "iPhone 18e" satışa çıxacaq, ikinci yarıda isə "iPhone 20" seriyası, ikinci nəsil qatlanabilən "iPhone" və yeni "iPhone Air" modelləri təqdim olunacaq.

Sızan məlumatlara görə, "iPhone 20" qatlanabilən ekran və yeni ekran dizaynı ilə diqqət çəkə bilər, lakin bu iddialar hələ rəsmi olaraq təsdiqlənməyib.

  • Sosial şəbəkədə paylaş