arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?

Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?

Nüfuzlu "The New York Times" nəşri İranın Ali dini lideri Ayətullah Əli Xameneinin öldürüləcəyi təqdirdə onun yerinə keçəcək adamın hansı formada seçiləcəyi ilə bağlı yazı dərc edib.

Nəşr yazını üç İran rəsmisinə istinadən yayımlayıb.

Qeyd edilib ki, Ali lider vəfat edərsə, İran konstitusiyası 88 üzvdən ibarət Ekspertlər Assambleyasının varis seçməsini tələb edir.

Məlumata görə, Xameneinin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib.

Nəşr bildirir ki, Xamenei ölümü halında sürətli, nizamlı keçidi təmin etmək niyyətindədir.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Xameneinin "asan hədəf" olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum duymadığını deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu Ali lideri hədəf almağı istisna etməyib və deyib ki, "Onun ölümü münaqişəni sona çatdıracaq".

İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, Xameneinin İsraildəki xəstəxanaya "vur" əmrindən sonra onun varlığına icazə verilə bilməz.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ