NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sammitlə bağlı bəyanat yayıb.Amerikanın “ABC News” telekanalına danışan Rutte bu görüşün Putinin müharibəni bitirmək məsələsində ciddiliyini yoxlamaq imkanı yaratdığını deyib.
O vurğulayıb ki, hər hansı potensial saziş Ukraynanın hərbi potensialına və ya NATO-nun Latviya, Estoniya və Finlandiya kimi ölkələrdə mövcudluğuna məhdudiyyətlər daxil etməməlidir.
"Rusiyanın Ukrayna ərazisinin bir hissəsinə nəzarət etdiyini etiraf etməliyik" deyən Rutte işğalın de-fakto tanınmasının mümkün olduğunu, lakin rəsmi olaraq tanınmamalı olduğunu qeyd edib.
O, həmçinin bildirib ki, Alyaskada danışıqlar zamanı Ukrayna masa arxasında olmalıdır. O, Kiyev və Avropada Trampın Ukraynasız Rusiya ilə razılığa gələ biləcəyi ilə bağlı narahatlıqların olduğunu qeyd edib.
