Sizin reklam burada
Sizin reklam burada

Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi

Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdiİranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları "Balamın adı" kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib.
Bu haqda "Balamın adı" kampaniyası məlumat yayıb.

Məlumata görə, prezident 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.

  • Sosial şəbəkədə paylaş