arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ

ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb.

ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub.

Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam edən şiddətini göstərir. Ağızdan alınan vəba peyvəndinin (OCV) qlobal ehtiyatı 5,2 milyon dozada sabitləşsə də, ÜST artan qlobal tələbin təklifi xeyli üstələməsinin sürətli cavab tədbirləri və yoluxmanın qarşısının alınması kampaniyalarına əngəl törətməsi barədə xəbərdarlıq edib.

“Münaqişələr, kütləvi köçkünlər, təbii fəlakətlər və iqlim dəyişikliyi təmiz su və səhiyyə xidmətinə çıxışın məhdud olduğu kənd yerlərində və daşqından zərər çəkmiş rayonlarda vəba epidemiyasını gücləndirir”, - deyə BMT agentliyi yazıb.

Qeyd edilir ki, vəba qarşısı alına və müalicə oluna bilən xəstəlikdir, lakin vaxtında tibbi yardım göstərilməzsə, bir neçə saat ərzində öldürə bilər.

ÜST bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün suya, səhiyyə infrastrukturuna və peyvənd istehsalına çıxışın yaxşılaşdırılması üçün təcili olaraq qlobal dəstəyə çağırış edib.

  • Sosial şəbəkədə paylaş