arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?

Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə isterik çıxışı erməni ictimaiyyətində hələ də müzakirə edilir. Ermənilər baş nazirin çıxışı zamanı etdiyi hərəkətləri anlamağa çalışırlar.

Paşinyan parlament kürsüsündən çıxışı zamanı gülüş doğuran hərəkətlər edib, hətta əl qaldırıb oynayıb da. Erməni baş nazirin müxalifəti tənqid etdiyi isterik çıxışında Çingiz xanın adını çəkməsi də diqqətdən yayınmayıb.

“İravunk” qəzetinin əldə etdiyi məlumata görə, Paşinyanın belə çıxış etməsinin səbəbi son anda aldığı xəbər olub.

“Baş nazir müxtəlif bölgələrdə sorğular keçirib. Sorğunun nəticələrinə görə, Paşinyan və rəhbərlik etdiyi partiyanın reytinqi bərbad vəziyyətdədir. Məlumata görə, Paşinyan parlament iclasına gəlməmişdən öncə sorğunun nəticələri haqqında ona məlumat veriblər. Onun isterik çıxışı da bundan qaynaqlanır”, - qəzet yazır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ