Sizin reklam burada
Sizin reklam burada

15 yaşlı qız içki məclisində rəfiqələrini bıçaqladı

15 yaşlı qız içki məclisində rəfiqələrini bıçaqladı

Rusiyanın Sterlitamak şəhərində polis əməkdaşları iki yaşıdına bıçaqla hücum etməkdə şübhəli bilinən 15 yaşlı məktəblini saxlayıblar.

Hadisə yeniyetmələrin böyüklərin nəzarəti olmadan şəhərdəki mənzillərdən birində spirtli içki qəbul etdikləri zaman baş verib.

Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, üç məktəbli qız arasında qəfil münaqişə yaranıb. Mübahisə zamanı onlardan biri mətbəx bıçağını götürərək hər iki rəfiqəsinə xəsarət yetirib. Hadisə yerinə dərhal çevik polis qrupu cəlb olunub. Hücumda şübhəli bilinən yeniyetmə saxlanılıb, yaralanan qızlar isə xəstəxanaya yerləşdirilib.

Qurumdan bildirilib ki, hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını araşdırırlar. Araşdırma çərçivəsində hüquq-mühafizə orqanları qızların valideynlərinin uşaqlara nəzarət və onların təhlükəsizliyinin təmin olunması ilə bağlı vəzifələrini yerinə yetirib-yetirmədiyini də yoxlayacaq.

Yeniyetmələrin spirtli içkiyə necə çıxış əldə etməsi və niyə böyüklərin nəzarəti olmadan qalmaları da xüsusi araşdırma predmeti olacaq.

  • Sosial şəbəkədə paylaş