arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz

Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisinizFinlandiya prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Stubb Zelenskini dostu adlandırıb və Ukrayna lideri ilə ünsiyyətdən həzz aldığını vurğulayıb. Onun sözlərinə görə, Kiyev tam və qeyd-şərtsiz atəşkəslə razılaşıb, ona görə də Moskvaya müraciət edib.

“Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb. Rusiya da eyni şeyi etməlidir”, - Stubb bildirib.

Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ