arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Trampdan Zelenski ilə bağlı yeni SƏRT AÇIQLAMA


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyətinə şübhə etdiyini bildirib.

Publika.az xəbər verir ki, onun sözlərindən TASS sitat gətirib.

“Əgər Co Bayden səlahiyyətli olsaydı, səlahiyyətli olsaydı və onun olduğuna əmin deyiləm... Bu müharibə baş verməməli idi”, - Tramp deyib.

Bir gün əvvəl Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya ilə “beş əraziyə aid olan” sülh sazişinin yaxın olduğuna dair bəyanatını şərh edərkən, Vitkoffun səlahiyyətindən kənar məsələləri müzakirə etdiyini söyləyib.

Stiv Vitkoff "Fox News"a deyib ki, Ukrayna üzrə sülh sazişinin açarı beş ərazinin mülkiyyət məsələsindədir, lakin bununla məhdudlaşmır. O, vəziyyəti mürəkkəb adlandıraraq, bunun kökündə Rusiya və Ukrayna arasında həll edilməli olan “real məsələlərdə” dayandığını deyib.

Trampın xüsusi nümayəndəsi konkret olaraq hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Çox güman ki, söhbət Krım, DXR və LPR, eləcə də referendumlar nəticəsində Rusiya Federasiyasının tərkibinə daxil olan Zaporijjya və Xerson vilayətlərindən gedir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ