arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İstanbulda hərbi qərargahda KRİTİK TOPLANTI - Zelenski iştirakçıların tərkibini AÇIQLADI

İstanbulda hərbi qərargahda KRİTİK TOPLANTI - Zelenski iştirakçıların tərkibini AÇIQLADI




İstanbulda keçirilən Qara dənizdə təhlükəsizliklə bağlı danışıqlarda Türkiyə, Böyük Britaniya, Fransa və Ukraynanın nümayəndələri iştirak edir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessada mətbuat konfransı zamanı bildiri .

"Bu, ilk növbədə, "istəklilər koalisiyası"na və müvafiq addımlara aiddir. Avropadan, Britaniyadan, Fransadan, Ukraynadan mütləq iştirak edəcəklər və ev sahibi olan Türkiyədən nümayəndələr olacaq", - Zelenski bildirib.

Qara dənizdə təhlükəsizliklə bağlı danışıqlar aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında keçiriləcək. Danışıqlarda xarici ölkələrin hərbi nümayəndələri iştirak edirlər. Rusiya nümayəndələri iclasda iştirak etmirlər.

Aprelin 13-də Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Ankarada Kiyev və Moskva nümayəndələri arasında Qara dənizdə təhlükəsizlik mövzusunda görüş keçirmək planını təsdiqləməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ