arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bu türk dövləti ilə Rusiya arasında qarşıdurma böyüyür: Azərbaycan alternativ ola bilər

Bu türk dövləti ilə Rusiya arasında qarşıdurma böyüyür: Azərbaycan alternativ ola bilər


Respublika vətəndaşlarının Moskva hamamında saxlanmasından və sonradan bəzilərinin deportasiya edilməsindən sonra Qırğızıstan Rusiyadan yan keçən qaz marşrutunun çəkilişi haqda düşünür.

Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev deputatlardan birinin Rusiyada baş verənlərə Bişkekin reaksiyası ilə bağlı sualına belə cavab verib.

Parlamentdə Qırğızıstan vətəndaşlarının Moskvada saxlanmasının mümkün nəticələri müzakirə edilib.

“Siz qeyd etdiniz ki, bizim benzin, qaz və digər resurslarımız kəsilə bilər. Bəs başqa ölkələrdən benzin və qaz tədarükü üçün alternativləri nəzərdən keçirirsinizmi?", - deyə deputat nazirdən soruşub.

Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri cavab verib ki, "biz Azərbaycandan və ya İrandan ala bilərik, amma Rusiyadan nefti rüsumsuz alırıq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başa çatsa, bu, alternativ marşrut yaradacaq".

O, eyni zamanda, mümkün nəticələri hesablamaq lazım olduğunu bildirib. Əks halda, Kulubayev hesab edir ki, “bir addım belə sanksiyalara səbəb ola bilər”.

Xatırladaq ki, aprelin 14-də Moskva hamamında onlarla Qırğızıstan vətəndaşı saxlanılıb. Qırğızıstan Xarici İşlər Nazirliyi Moskvadan respublika vətəndaşlarının saxlanmasının səbəblərini izah etməyi tələb edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ