arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib

"Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib

Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı nəticəsində həlak olanların bəzilərinin bədənlərində təkcə güllə yaraları deyil, həm də kəsici-deşici yaralar var.

Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

"Bu, onu göstərir ki, "Crocus" konsert zalına hücum zamanı terrorçular təkcə avtomatik odlu silahlardan deyil, həm də bıçaqlardan istifadə edə bilərdilər", - deyə agentliyin həmsöhbəti deyib.

Mənbənin sözlərinə görə, hadisə yerindən həmçinin çoxlu sayda atılmış gilizlər tapılıb.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfər həlak olub. İŞİD terrorun məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı ondan çox şəxs saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ