arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə

Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə

Ermənistanda müxalif media Liberal-Demokrat Partiyasının keçmiş lideri, mərhum Vladimir Jirinoviskinin Paşinyanla bağlı “öncəgörməsini” tirajlayıb.

Jirinoskinin bir çox proqnozu, xüsusilə Ukrayna və Yaxın Şərqdə baş verəcək hadisələrlə bağlı öncədən verdiyi açıqlamalar ölümündən sonra intensiv şəkildə gündəmə gətirilir. Onun Ermənistanla bağlı verdiyi proqnoz isə Paşinyan hakimiyyətinin əleyhdarlarının ürəyincədir.

Jirinoski 2021-ci ildər bildirirdi ki, Ermənistanda böyük təlatümlər olacaq.

“Orada hərbi çevriliş olacaq, ölkədə yeni rejim qurulacaq. Respublikanın baş naziri Nikol Paşinyan xaricə qaçacaq, yaxud ABŞ səfirliyində gizlənəcək. Bəlkə də Türkiyəyə qaçacaq”, - Jirinoviski proqnozlaşdırırdı.

Ermənistanda müxalif media bu “öncəgörmələri” tirajlamaqla Paşinyanın “tezliklə hakimiyyətdən gedəcəyi” təbliğatını aparır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ