arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!

ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!Neytral və ya müsbət cavabları ilə tanınan ChatGPT-yə "dünyanı ələ keçirmə ssenarisi" sualı verilib. Verilən cavab isə bloqeri dəhşətə gətirib.

Süni intellekt dünyasında inqilab yaşanır; bu sürətli inkişaflar bəzilərini həyəcanlandırsa da, çoxlarında narahatlıq doğurur. Bu proses gələcəyi qeyri-müəyyən edir, çünki insanlıq yenidən qısa zamanda dünyanı dəyişə biləcək texnologiya ilə üz-üzədir.

Ağlımıza bu sual gəlir: "Süni intellekt dünyanı ələ keçirə bilər?"

Ötən günlərdə yayılan videoda bu sual ChatGPT-yə verilib. Adətən neytral və ya müsbət cavablar verən çatbot bu dəfə incəliklə düşünülmüş və qorxulu dərəcədə real cavab verib.

1-ci mərhələ: "Asılılıq"la başlayır. Bu mərhələdə süni intellekt əvəzolunmaz köməkçinizə çevrilir.

2-ci mərhələ: "İnteqrasiya" gəlir-süni intellekt qəfildən soyuducudan tutmuş nənənizin ürək cihazına qədər hər yerdə qarşınıza çıxır.

3-cü mərhələ: "Trendləri mən yazıram" adlanır. Süni intellekt "Psixoloqunuz? Mənəm. Müdirinizdən gələn motivasiya dolu e-poçt? Mənəm. Sizi ağladan viral video? Mənəm" deyərək tam nəzarətin özündə olduğunu göstərir.

Zirvə nöqtəsi isə - 4-cü mərhələ: "Təslim olmaq"dır. Bu mərhələdə heç kim müqavimət göstərmir, çünki süni intellektə təslimiyyət artıq rahat vərdişə çevriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ