
Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
O, Pentaqonun rəhbəri Pete Hegset ilə birlikdə çıxışında bildirib ki, döyüş təyyarəsi "F-47" adlanacaq.
Trampın sözlərinə görə, yeni qırıcının eksperimental modelinin sınaq uçuşları artıq 5 ildir ki, həyata keçirilir.
"Ən qabaqcıl texnologiyalar ilə təchiz ediləcək "F-47" indiyə qədər istehsal edilmiş ən təkmil, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq" - Tramp vurğulayıb.