Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında bildirib.
"Bu məbləğin 465 milyon dollarını Birləşmiş Ştatlar USAID vasitəsilə ayırıb. Daha 20 milyon dollar isə Dünya Bankından daxil olub", - baş nazir qeyd edib.
Qeyd olunur ki, ayrılmış vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.
