Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək. Türkiyənin hərbi məsləhətçiləri və mütəxəssisləri onun formalaşmasında iştirak edəcəklər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki çətin vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - deyə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman mətbuata bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq: “Yaradılan ordunun tərkibinə 40 minə yaxın üzv daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir”, - Osman qeyd edib.
Məlumata görə, Türkiyə hərbi kontingenti Suriyanın beş həyati nöqtəsində yerləşdiriləcək.