Sizin reklam burada
Sizin reklam burada

Ukraynalı hərbçi ruslara belə əsir düşüb: bir həftə oturub gözlədim ki...

Ukraynalı hərbçi ruslara belə əsir düşüb: bir həftə oturub gözlədim ki...




Ukrayna Silahlı Qüvvələrinin kiçik serjantı Dmitri Dyadçuk Avdeyevkada ruslara təslim olmaq üçün bir həftə gözlədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dyaçuk rus bölmələrinin şəhərə hücumuna başlamazdan bir həftə əvvəl Avdeyevkaya gəldiyini bildirib. Onun sözlərinə görə, aktiv döyüş əməliyyatlarının başladığı ilk gün o, bütün döyüş yoldaşlarını itirib və geri çəkilərkən Ukrayna bölmələrinin atəşinə məruz qalıb.

“Mən evə qaçdım, oturdum, gözlədim. Ratsiyam yox idi, heç bir əlaqəm yox idi, qaçış yolunu bilmirdim, mənə bu haqda heç nə deyilməmişdi”, - Dyaçuk bildirib.

Onun sözlərinə görə, sadəcə sağ qalmaq istəyib, ona görə də rus dilində sözlər eşidənə qədər gözləyib. Rus hərbçilər evə girəndə kiçik çavuş qışqıraraq atəş açmamağı və onu əsir götürməyi xahiş edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu daha əvvəl bildirmişdi ki, Avdeyevkanın təmizlənməsi zamanı 200-ə yaxın ukraynalı əsgər əsir götürülüb. Şoyqu fevralın 20-də şəhərin tutulduğunu prezident Vladimir Putinə elan edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ