Sizin reklam burada
Sizin reklam burada

Puqaçovanın səhhəti ilə bağlı açıqlama: "Qara magiya"nın işidir?

Puqaçovanın səhhəti ilə bağlı açıqlama: "Qara magiya"nın işidir?


Rusiyanın keçmiş primadonnası Alla Puqaçova son aylarda yaşadığı ciddi sağlamlıq problemlərindən danışıb.

Müğənni yıxılaraq ayağını sındırdığını və bu səbəbdən dörd ay ərzində hərəkətsiz qaldığını bildirib.

Son aylarda Kiprdə istirahət edərkən əsa ilə görünən Puqaçovanın ürək əməliyyatından sonra çətinlik yaşadığı iddia olunsa da, sənətçi bu xəbərləri təkzib edib. Onun sözlərinə görə, əsas problem ayaq sınığı olub.

Puqaçova bildirib ki, bərpa prosesi gözləniləndən daha uzun çəkib. O, bu müddətdə yalnız bud-çanaq oynağındakı problemlərlə deyil, həm də panik ataklarla mübarizə apardığını deyib. Müğənni əlavə edib ki, tam sağalması üçün daha bir neçə aya ehtiyac var.

Bu arada bəzi dairələrdə Puqaçovanın "qara magiyanın qurbanı" olduğu barədə iddialar səslənsə də, ekstrasens Adelina Panina bunun həqiqəti əks etdirmədiyini bildirib.

Onun fikrincə, müğənninin səhhətindəki problemlər stress, yaş amili və genetik meyillə bağlıdır. Panina hesab edir ki, Puqaçovanın ilk növbədə emosional vəziyyətini normallaşdırması vacibdir.

  • Sosial şəbəkədə paylaş