Sizin reklam burada
Sizin reklam burada

İlyas Yalçıntaş barəsində həbs qətimkan tədbiri seçildi - Sıla isə...

İlyas Yalçıntaş barəsində həbs qətimkan tədbiri seçildi - Sıla isə...

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın nəticələri açıqlanıb.

Müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müğənni Sıla Gençoğlu, İrem Haznedar, Aybüke Albere, Ateş İnce, Gökhan Şafak, Buğra Balkaya, Hilal Zeynep Hedbe, Volkan Büyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asude Mercan isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Ekspertiza nəticələrinə görə, İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız, Akın Altan, Asude Mercan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe və Şefik Ömər Dolmanın analizlərində kokain, Büşra Tatarın analizində isə kodein maddəsi aşkarlanıb.

Müğənni Sıla Gençoğlu və Aybüke Alberenin test nəticələri mənfi olub.

Bu xəbərdən sonra Sıla məsələ ilə bağlı "Instagram" hesabında paylaşım edib.

Müğənni bildirib ki, açıqlanan tibbi ekspertiza rəyi onun heç bir narkotik və ya psixotrop maddə istifadə etmədiyini təsdiqləyib: "Tibbi ekspertiza rəyi açıqlandı. Mən özümə əmin idim. Rəy mənim heç bir narkotik və ya psixotrop maddə ilə əlaqəmin olmadığını açıq şəkildə təsdiqlədi. Alnım açıq, başım dik".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ