Sizin reklam burada
Sizin reklam burada

Boş tabutlar, yad küllər, çürüməyə buraxılan cəsədlər: İngiltərəni sarsıdan qalmaqal

Boş tabutlar, yad küllər, çürüməyə buraxılan cəsədlər: İngiltərəni sarsıdan qalmaqal



İngiltərənin Hull şəhərində fəaliyyət göstərən “Legacy Independent Funeral Directors” dəfn xidmətinin sahibi Robert Bushla bağlı dəhşətli faktlar üzə çıxıb.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı Bushun cəsədləri aylarla meyitxanada saxladığı, boş tabutlarla saxta dəfn mərasimləri təşkil etdiyi və bəzi ailələrə başqa şəxslərə aid küllər verdiyi müəyyənləşib. Qalmaqalda 200-dən çox zərərçəkənin olduğu bildirilir.

Bush aprel ayında lazımi qaydada dəfn prosesinə mane olmaq, dələduzluq, saxta ticarət fəaliyyəti və oğurluq da daxil olmaqla 67 ittiham üzrə təqsirini etiraf edib.

Bundan başqa, Bushun xeyriyyə məqsədilə toplanan ianələri mənimsədiyi, mövcud olmayan məzar yerləri satdığı da müəyyən edilib.

  • Sosial şəbəkədə paylaş