Sizin reklam burada
Sizin reklam burada

Paşinyan Rusiyadan yenə İMTİNA ETDİ: "Bu, bizi çox ağrıdır"

Paşinyan Rusiyadan yenə İMTİNA ETDİ: "Bu, bizi çox ağrıdır"




Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanı Ukrayna məsələsində Rusiyanın müttəfiqi hesab etməkdən imtina edib.

Publika.az xəbər verir ki, onun sözlərindən TASS sitat gətirib.

“Mən çoxdan demişəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır”, - deyə siyasətçi vurğulayıb.

O, Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə Ukrayna xalqının onun ölkəsinə dost olduğunu qeyd edib.

Fevralın əvvəlində Paşinyan demişdi ki, Ermənistan əvvəlki kimi Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirə bilməz - respublikaya başqa müttəfiqlər lazımdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ