Sizin reklam burada
Sizin reklam burada

Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışdı: "İki şeyi dərk edib ki..."

Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışdı: "İki şeyi dərk edib ki..."


Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla söhbətində ilk dəfə Ukrayna lideri Volodimir Zelenski ilə şəxsi söhbətindən danışıb.

Publika.az xəbər verir ki, müsahibə müxbirin saytında dərc olunub.

Onun sözlərinə görə, danışıqlar zamanı o, Ukrayna rəhbərindən neonasistləri niyə dəstəklədiyini soruşub,

"Deyirəm: Volodya, nə edirsən? Babanız faşizmə qarşı vuruşduğu halda, niyə bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz?" - Rusiya Federasiyasının rəhbəri deyib.

O xatırladıb ki, Zelenskinin babası İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasına qarşı vuruşub.

Putin Ukrayna liderinin cavabını yanlış hesab etdiyi üçün onu səsləndirməkdən imtina edib.

Rusiya lideri əlavə edib ki, Zelenski hakimiyyətə gələrək iki şeyi dərk edib:

"Birincisi, neonasistlər və millətçilər aqressivdirlər. Ona görə də onlarla mübahisə etməmək daha yaxşıdır. İkincisi, ABŞ başda olmaqla Qərb dövlətləri Rusiya Federasiyasına qarşı çıxan hər kəsi dəstəkləyəcəklər".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ