Sizin reklam burada
Sizin reklam burada

Ermənistan bu təşkilatdan çıxır? - Rusiyadan “sərf etməz” xəbərdarlığı gəldi

Ermənistan bu təşkilatdan çıxır? - Rusiyadan “sərf etməz” xəbərdarlığı gəldi




Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtina Ermənistan üçün sərfəli deyil, bu, onun maraqlarına ziddir.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “RİA Novosti”yə müsahibəsində bildirib.

Pankinin sözlərinə görə, Aİİ çərçivəsində əməkdaşlıq Ermənistan üçün səmərəlidir, son bir neçə ildə ölkə ÜDM-in artımı, əsas kapitala investisiyalar, başa çatdırılan tikinti işlərinin həcmi və s. kimi göstəricilərə görə birlik daxilində liderə çevrilib.

“Bütün bunlar əsasən birlik daxilində vahid bazar, əmək resurslarının sərbəst hərəkəti, müəssisələrin açılması prosedurunun sadəliyi, enerji təchizatı üçün güzəştli şərtlər və s. sayəsində mümkün olub. Beləliklə, iqtisadi baxımdan fikrimcə, ittifaqa üzvlük İrəvan üçün əlbəttə ki, faydalıdır və ondan imtina etmək, ölkənin maraqlarına zidd olardı”, - diplomat bildirib.

Pankin əlavə edib ki, Ermənistanın baş nazirinin səsləndirdiyi prioritetlər inteqrasiya quruculuğu sahəsində ümumi yanaşmalarla uzlaşır və biz məhsuldar əməkdaşlığa sadiqik.

Fevralın əvvəlində Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Paşinyan bildirib ki, 2023-cü ildə Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 39% artaraq təxminən 7,8 milyard dollar təşkil edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ