Sizin reklam burada
Sizin reklam burada

Ələt-Astara yolunda qəza: Xəsarət alanlar var

Ələt-Astara yolunda qəza: Xəsarət alanlar var

Ələt-Astara magistral avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralananlar 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Məhər Qurban oğlu, 1999-cu il təvəllüdlü Binəqədi rayon sakinləri Mustafayev Balaş Yaşar oğlu və Mustafalı Elşən Natiq oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ