Sizin reklam burada
Sizin reklam burada

Dünya xilas olur: Putinin bu müsahibəsi nüvə müharibəsinin qarşısını alacaq?

Dünya xilas olur: Putinin bu müsahibəsi nüvə müharibəsinin qarşısını alacaq?

Amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi ABŞ-da rusofobiyaya ciddi zərbə olacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib.

“Qarşıdan gələn müsahibə "rusofobiyanı kökündən sarsıdacaq" və bu, ehtimal ki, Amerika tərəfinin münaqişədən çıxmasına kömək edəcək”, -o bildirib.

“Bu, nüvə müharibəsi ehtimalının qarşısını alacaq”, - Ritter vurğulayıb.

Ekspert qeyd edib ki, rusofobiya ABŞ-ın milli təhlükəsizliyini təhdid edir, çünki bu, yanlış təhlükə hissi yaradır və münaqişənin genişlənməsinə təkan verir. Ritterə görə, amerikalıların növbəti onillikdə sağ qalmaq şansı əldə etmək üçün “rusofobiya xəstəliyinə qarşı antidot” lazımdır.

“Bu, sadəcə Karlsonun Rusiya dövlətinin başçısı ilə müsahibəsi ola bilər”, - deyə keçmiş kəşfiyyatçı yekunlaşdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ