Sizin reklam burada
Sizin reklam burada

Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları daşıyan gəmilər yola çıxıb

Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları daşıyan gəmilər yola çıxıb
Bu gün səhər saatlarında kənd təsərrüfatı məhsulları daşıyan üç gəmi Ukrayna limanlarından yola çıxıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Məlumatda qeyd olunur ki, kənd təsərrüfatı məhsulları Türkiyə, Rumıniya və Misirə ixrac ediləcək.

Xatırladaq ki, Ukraynadan ərzaq məhsullarının dünya bazarlarına ixracı probleminin həlli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb və Birgə Koordinasiya Mərkəzi yaradılıb.

Ukraynadan kənd təsərrüfatı məhsullarının daşınması Birgə Koordinasiya Mərkəzinin nəzarət etdiyi humanitar dəhliz vasitəsilə həyata keçirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ