Sizin reklam burada
Sizin reklam burada

Şri-Lankada etirazçılar prezidentin iqamətgahına daxil olub - YENİLƏNİB

Şri-Lankada etirazçılar prezidentin iqamətgahına daxil olub - YENİLƏNİB
Şri-Lankada minlərlə etirazçı ölkə prezidentinin evinə basqın edib, həmçinin baş nazirin paytaxt Kolombodakı iqamətgahını yandırıb.

Hərbçilər və polis şüarlar səsləndirən etirazçı kütlənin hərəkətinə maneə yarada bilməyib.

Qeyd olunur ki, iğtişaşlara görə prezident və baş nazir təhlükəsiz zonaya köçürülüblər. Onların harada olduğu məlum deyil.

Mənbə: Reuters

15:00

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa hava limanına gəlib və etirazlar fonunda ölkəni tərk etməyə çalışır. Formal olaraq o, hələ də dövlət başçısı olaraq qalır, lakin bir qrup deputat onun istefasını tələb edib.

Kolomboya etirazların yatırılması üçün əlavə hərbiləşdirilmiş polis qüvvələri cəlb edilib. İştirakçılar hazırkı prezident Qotabay Rajapaksanı istefa verməyə çağırırlar.

Etirazlar zamanı bir neçə polis əməkdaşı da daxil olmaqla, azı 31 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: TASS

12:40

Şri-Lankada etirazçılar prezident Qotabay Rajapaksanın iqamətgahına soxulublar.

Prezidentin iqamətgahından qaçdığı qeyd olunur.

Ölkədə etirazlara səbəb ağır iqtisadi şərait olub. Ölkənin müstəqillik əldə etdiyi 1948-ci ildən bu yana bu cür ağır durum yaşanmadığı qeyd olunur.

Şri-Lankalı uşaqların yarısının humanitar yardıma ehtiyacı olduğu bildirilir.

Qeyd edək ki, UNICEF dünyanın aparıcı ölkələrinin xeyriyyə təşkilatlarını və hökumətlərini 1,7 milyon uşağı qida, tibbi xidmət və su ilə təmin etmək üçün 25,3 milyon dollar ayırmağa çağırıb.
Mənbə: 360tv

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ