Sizin reklam burada
Sizin reklam burada

Leonid Franseskeviç: “Rusiya ordusunun işğalına qədər biz faşistlərin kim olduğunu bilmirdik”

Leonid Franseskeviç: “Rusiya ordusunun işğalına qədər biz faşistlərin kim olduğunu bilmirdik”


“Ruslar öz saxta media məkanındadırlar və diktatorlarının mövqeyi ilə üst-üstə düşməyən hər şeyi rədd edirlər”.

Bu fikirləri Media.Az-a açıqlamasında məşhur ukraynalı idman jurnalisti Leonid Franseskeviç söyləyib.

Məlumat üçün qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra jurnalist Leonid Franseskeviçin bütün layihələri dondurulub. Ancaq jurnalist ümidsizliyə qapılmır və fəaliyyətini yeni bir istiqamətdə davam etdirir.

O, hərbi mövzularda materiallar yazır, sosial şəbəkələrdə isə siyasətçiləri ələ salan şeirləri ilə həmyerlilərinə ruh yüksəkliyi verir.

Leonid Franseskeviç bildirib ki, rusiyalılar müharibəni dəstəkləyir və ukraynalıları faşist adlandırırlar.

“Baxmayaraq ki, biz azad və dinc ölkədə yaşayırdıq, heç kim rus dilindən istifadə etdiyimizə görə bizim haqqımızı pozmurdu. Ən əsası isə Rusiya ordusunun işğalına qədər biz faşistlərin kim olduğunu bilmirdik”.

Leonid Franseskeviç əminliklə bildirib ki, Rusiya bütün etdiklərinə görə cəzalandırılacaq, Ukrayna isə yenidən doğulacaq və güclənəcək.

“O zaman biz müharibə haqqında deyil, idman hadisələri və idmançılarımızın qələbələri haqqında yazacağıq. Slava Ukraine! (Yaşasın Ukrayna)” - Leonid Franseskeviç fikrini tamamlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ