Sizin reklam burada
Sizin reklam burada

Əfsanə Braziliya yığmasının problemini göstərdi

Əfsanə Braziliya yığmasının problemini göstərdi

Braziliya millisinin əfsanəsi Romario milli komandanın Dünya Kubokunun qrup mərhələsində Mərakeşlə 1-1 hesablı heç-heçə ilə başa çatan oyununu şərh edib.

Romario sosial mediada yazıb:

“Qol şansları yaratdıq, amma çoxunu boşa verdik. Hazırda qapı qarşısında əsl qatil yoxdur. Çox qol şansı var, kifayət qədər qol yoxdur. Hər gün İqor Tyaqonun yerinə Joao Pedroya üstünlük verərdim.

Hücumçunun işi sadədir: bir şans, bir qol. Bizdə bu yox idi”.

  • Sosial şəbəkədə paylaş