Sizin reklam burada
Sizin reklam burada

“Real” Karvaxalın yerinə oyunçu axtarır

“Real” Karvaxalın yerinə oyunçu axtarır


“Real” növbəti mövsüm üçün heyət planlamasını davam etdirir.
“The Athletic”in məlumatına görə, Madrid klubu sağ cinah müdafiəçisi mövqeyinə yeni futbolçu axtarır. Bildirilir ki, klub əsas məqsəd kimi Trent Alexander-Arnold üçün ehtiyat olacaq oyunçu transferini hədəfləyir.
“Real” daha sərfəli qiymətə sağ cinah müdafiəçisi almağı planlaşdırır. Qeyd olunur ki, hazırda bu mövqedə çıxış edən 34 yaşlı Daniel Karvaxal mövsümün sonunda klubu tərk etməlidir.

  • Sosial şəbəkədə paylaş