Sizin reklam burada
Sizin reklam burada

"Sabah" 10 nəfərlə "Qarabağ"ı məğlub etdi

"Sabah" 10 nəfərlə "Qarabağ"ı məğlub etdi


Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.
Günün ilk görüşündə "Karvan-Yevlax" "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

  • Sosial şəbəkədə paylaş