Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Abşeron Lions" "Neftçi"ni məğlub edib.
Qarşılaşma 107:87 hesabı ilə yekunlaşıb.
Günün ilk görüşündə "Sabah" "Gəncə"dən üstün olub - 87:73.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.

