"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Məlumata görə, istanbul nəhənginin əsas hədəfi icarə əsasında "Marsel"də çıxış edən Fakundo Medinadır. "Qara qartallar" argentinalı mərkəz müdafiəçisini transfer etmək üçün yaxın günlərdə onun müqavilə ilə məxsus olduğu "Lans"la danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Fakundo Medina mövsümün əvvəlindən "Marsel"də çıxış edir.

