Sizin reklam burada
Sizin reklam burada

“Nyukasl” – “Qarabağ”: Komandaların şansları açıqlandı

“Nyukasl” – “Qarabağ”: Komandaların şansları açıqlandı



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Nyukasl ilə Qarabağ qarşılaşacaq.
Bukmeker kontorları bu görüşdə meydan sahiblərini aşkar favorit hesab edir. İngiltərə klubunun qələbəsinə 1.12 əmsal verilir.
Azərbaycan çempionunun qələbəsi 13.0 əmsalla qiymətləndirilir. Heç-heçə ehtimalına isə 11.7 əmsal təklif olunur.
Analitiklər oyunda çox qol vurulacağını gözləyirlər. 2,5 qoldan az nəticəyə 3.70, 2,5 qoldan çox nəticəyə isə 1.28 əmsal verilir. Hər iki komandanın qol vuracağı ehtimalı üçün əmsal 1.80-dir.
Qeyd edək ki, oyun “Sent-Ceyms Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda “sağsağanlar” rəqibini 6:1 hesabı ilə darmadağın edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ