Sizin reklam burada
Sizin reklam burada

Qurbanov Bəhlul və Elvinə transfer təkliflərindən danışdı

Qurbanov Bəhlul və Elvinə transfer təkliflərindən danışdı

Transfer danışıqları davam edir, lakin futbolçu gətirmək asan deyil.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”lə oyundan (0-2) sonra mətbuat konfransında deyib.

Bəhlul Mustafazadəyə Çin klublarından marağın olduğunu təsdiqləyən baş məşqçi hazırda bütün diqqətin “Liverpul”la oyuna yönəldiyini qeyd edib. O, Elvin Cəfərquliyevə “Fənərbağça”dan gələn təkliflə bağlı yayılan xəbərlərdən isə məlumatsız olduğunu söyləyib:

"Təkcə Bəhlula yox, digər oyunçulara da maraq var. Təkliflər mövcuddur. Amma hazırda bütün diqqətimiz "Liverpul"la oyuna yönəlib. Hələlik konkret qərar verilməyib".

  • Sosial şəbəkədə paylaş