Sizin reklam burada
Sizin reklam burada

2025-ci ildə ən çox qazanan qadın idmançılar açıqlanıb

 2025-ci ildə ən çox qazanan qadın idmançılar açıqlanıb

Nüfuzlu idman və biznes nəşri "Sportico" 2025-ci ilin yekunları üzrə dünyanın ən çox qazanan qadın idmançıların reytinqini dərc edib.

Ardıcıl üç ildir reytinqin lideri 21 yaşlı amerikalı tennisçi Koko Qauffdur. O, il ərzində 31 milyon dollar qazanıb.

Reytinqin ikinci pilləsində dünya reytinqinin bir nömrəli tennisçisi Arina Sobolenko qərarlaşıb. Belaruslu tennisçi bu il 30 milyon dollar qazanc əldə edib.

İlk üçlüyü isə polşalı tennisçi İqa Şvyontek tamamlayır. Onun 2025-ci ildə qazancı 23.1 milyon dollar olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ