Sizin reklam burada
Sizin reklam burada

“Zərərli vərdişlərə və narkomaniyaya yox deyək!” adlı seminar keçirilib

24 iyun 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər Mədəniyyət Evində “26 İyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə “Zərərli vərdişlərə və narkomaniyaya yox deyək!” adlı seminar keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri Elman Salmanov, Rüfət Nəzərov və Qobustan rayon Yekəxana kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi İsmayıl Qurbanov narkomaniyanın insan həyatına zərərləri barədə ətraflı məlumat veriblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərə narkotik vasitələrin insan həyatına ciddi zərərləri barədə məlumat vermək, bu istiqamətdə onların maarifləndirilməsi olmuşdur.
#AZEgənclərvəidman #birkimibirlikdə #DŞRGİİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ