




25 iyun 2025-ci il tarixində Ağsu İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə kütləvi idman tədbiri keçirildi.
Tədbirin əvvəlində iştirakçılara üzgüçülük idman növü haqqında geniş məlumat verildi, daha sonra idmançılar tərəfindən müxtəlif üzgüçülük hərəkətləri icra olundu.
Sonda həvəskar idmançılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim olundu.
#AZEidman #birkimibirlikdə #AZEgənclər