Sizin reklam burada
Sizin reklam burada

“Günərzi” yay düşərgəsi təşkil olunub

“Günərzi” yay düşərgəsi təşkil olunub
“Günərzi” yay düşərgəsi təşkil olunub
“Günərzi” yay düşərgəsi təşkil olunub
“Günərzi” yay düşərgəsi təşkil olunub
“Günərzi” yay düşərgəsi təşkil olunub


25 iyun 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Günərzi” yay düşərgəsi təşkil olunub.
Düşərgə çərçivəsində yeniyetmə və gənclərin zərərli vərdişlərdən, xüsusilə narkomaniyadan qorunması məqsədilə maarifləndirici söhbətlər aparılmış, onların diqqətini, düşünmə qabiliyyətini və ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə "Mən kiməm?" adlı maraqlı və əyləncəli oyun təşkil olunmuş, komanda işi, fiziki hazırlıq və birlik ruhunu gücləndirmək üçün isə “Kəndirdartma” yarışı keçirilmişdir.
Düşərgənin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniyanın fəsadları barədə maarifləndirmək, onların fiziki və əqli inkişafına dəstək olmaq, komanda ruhunu və sosial bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Sonda düşərgədə iştirak edənlərə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib.
#AZEgənclərvəidman #birkimibirlikdə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ