Sizin reklam burada
Sizin reklam burada

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, həmçinin Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarından olan 32 komanda final mərhələsində ən güclü olmaq uğrunda mübarizə aparıb.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsini əhatə etdiyi Şamaxı rayonundan ADPU Şamaxı filialının tələbələrindən ibarət komandası təmsil edib.
Yekun nəticələrə əsasən, "Vendetta" komandası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) birinci olub. "Old School" və “HipHoprat" (hər ikisi Azərbaycan Tibb Universiteti) komandaları ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qeyd edək ki, cari mövsüm 1800-dən çox tələbəni əhatə edərək üç seçim mərhələsi üzrə ölkənin 9 regionu və Bakı şəhərindən 28 ali təhsil müəssisəsini təmsil edən 278 komandanı bir araya gətirib.
#AZEyouth #birkimibirlikdə #AzərbaycanGəncləri #AzərbaycanKuboku #NHN2025 #İntellektualYarış

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ