
U-20 gənclər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutmuş turnirdə 34 klub və idman cəmiyyətindən 136 cüdoçu (114 oğlan, 22 qız) ümumilikdə 12 çəki dərəcəsində mübarizə aparıb.
İsmayıllı idmançısı Elxan Mirzəzadə 73 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
İdmançımızı,məşqçiləri Nurlan Salmanzadəni və Əkbər Şəfaqətovu təbrik edirik!
#AZEidman #AZEgənclər #birkimibirlikdə #dşrgii