arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

“Sağlam və təhlükəsiz cəmiyyət” mövzusunda seminar keçirilib

“Sağlam və təhlükəsiz cəmiyyət”   mövzusunda seminar keçirilib
“Sağlam və təhlükəsiz cəmiyyət”   mövzusunda seminar keçirilib
“Sağlam və təhlükəsiz cəmiyyət”   mövzusunda seminar keçirilib
“Sağlam və təhlükəsiz cəmiyyət”   mövzusunda seminar keçirilib

13 mart 2025-ci il tarixdə İsmayıllı rayon Cülyan kənd tam orta məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyətinin , İsmayıllı rayon Polis Şöbəsinin, İsmayıllı rayon Təhsil sektorunun və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam və təhlükəsiz cəmiyyət” mövzusunda seminar keçirilib.
Tədbirin keçirilməsinə məqsəd gəncləri narkotik maddələrin zərərləri, psixoloji və fiziki təsirləri barədə məlumatlandırmaq, onları narkotik istifadəsindən qorumaq və risklərdən uzaq durmağın yollarını izah etmək, cəmiyyətdə daha aktiv iştirakını təmin edərək sağlam və faydalı seçimlər etmələrinə kömək etmək, narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə bağlı hüquqi məsuliyyətlər haqqında bilgiləndirmək olub.
Seminar zamanı narkomaniya ilə mübarizəyə həsr olunmuş qısametrajlı film nümayiş etdirildi. Film gənclərə narkotik vasitələrin fəsadlarını real həyat nümunələri əsasında göstərərək, onların bu təhlükədən uzaq durmasının vacibliyini vurğulayıb.
#AZEgənclər #DŞRGİİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ