Sizin reklam burada
Sizin reklam burada

"Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi müəllimlərilə görüş keçirildi

14 mart 2025-ci il tarixində İsmayıllı rayon Təhsil sektorunda “Şahin” hərbi-idman oyununa hazırlıq ilə əlaqədar İsmayıllı şəhər və kənd məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi müəllimlərilə görüş keçirildi.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rəis müavini Fərhad Qurbanov, İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov çıxış edərək bildirdilər ki, hərbi-idman oyunun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.
İclas zamanı “Şahin” hərbi-idman oyununun Əsasnaməsi barədə məlumat verilmiş, hərbi müəllimlərin oyunun yerli və zona mərhələsinin keçirilməsi ilə bağlı sualları cavablandırılmışdır.
#AZEgənclər #AZEidman #birkimibirlikdə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ