10-15 mart 2025-ci il tarixlərində Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Novruz” bayramı münasibətilə yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib.
Turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında minifutbol idman növünə marağın artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və asudə vaxtın səmərəli təşkilidir.
Turnirin qalibləri
“UGİM-1” komandası
“UGİM-2” komandası
“Qobustan-3” komandası
Turnirin qalibi və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olunub.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport
