Sizin reklam burada
Sizin reklam burada

“Gənclərin ictimai və könüllülük fəaliyyətinin artırılması” mövzusunda seminar keçirildi

14 mart 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə sektorun akt zalında “Gənclərin ictimai və könüllülük fəaliyyətinin artırılması” mövzusunda seminar keçirildi.
????????İlk öncə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edən Şamaxı rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Səbinə Bağırova 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunun imzalanmasından,bundan başqa, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın məqsəd və vəzifələrindən, ölkədə könüllülük hərəkatının inkişaf etməsindən, gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsindən danışdı. Daha sonra qeyd etdi ki, bəşər tarixində elə bir cəmiyyət yoxdur ki, könüllü və qarşılıqsız yardım ideyaları ona yad olsun. Bir şəxsin və ya qrupun bütövlükdə cəmiyyətə, yaxud ayrı-ayrı şəxslərə etdiyi könüllü yardım bəşəriyyətin insani ideallarına qarşılıqsız xidmət ideyalarına əsaslanır, qazanc əldə etmək, ödəniş almaq və ya karyerada yüksəlmək məqsədi güdmür.
Tədbirin keçirilməsinin əsas məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsidir.
#AZEgənclər #AZEidman #birkimibirlikdə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ