




05 Fevral 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər 1 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” münasibətilə “Konstitusiyanı bilmək hər bir vətəndaşın borcudur!” mövzusunda maarifləndirici seminar keçirilib.
Əvvəlcə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Nəzrin Cəfərova cənab Prezident İlham Əliyevin sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edib. Cənab Prezident İlham Əliyev 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb .
Tədbirin keçirilməsində məqsəd "Konstitusiya və Suverenlik İli"nin qeyd olunması,44 günlük müharibədə qazanılmış qələbə haqqında məktəbliləri,gəncləri ətraflı maarifləndirmək olmuşdur .
#AZEgənclər #AZEidman #birkimibirlikdə