Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan gəncliyi Dövlət müstəqilliyi və suverenliyi yollarında” mövzusunda Regional forum keçirilib

06 fevral 2025- cil tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Azərbaycan gəncliyi Dövlət müstəqilliyi və suverenliyi yollarında” mövzusunda Dağlıq Şirvan Regionuna daxil olan rayon gənclərinin iştirakı ilə Regional forum keçirilib.
Forum öncəsi Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları və bir qrup fəal gənc tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub,önünə gül gəldəstələri qoyulmuşdur.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov,sektor müdirləri və idarə əməkdaşları,YAP-ın İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, RİİB -in Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova , Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi və əməkdaşları, İsmayıllı təhsil sektorunun müdiri və əməkdaşları , Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri,İsmayıllı Rayon Məşğulluq Mərkəzinin nümayəndəsi,İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolecinin əməkdaşları və tələbələri,İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru,əməkdaşları və şagirdləri,İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və əməkdaşları və şəhid ailələrinin üzvləri, qazilər, təhsil və mədəniyyət sahəsində fərqlənən və fəal gənclər iştirak etmişdir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin hazırladığı ,gənclərə diqqət və qayğını özündə əks etdiren videoçarx nümayiş olunmuş, daha sonra ilin peşəkar gənc müəllimi Ülvi Osmanlı məruzə ilə çıxış etmişdir.
Tədbirin keçirilməsində məqsəd “2 Fevral-Azərbaycan Gəncləri Günü”nün və “Konstitusiya və Suverenlik İli” nin qeyd olunması,ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək,gənclərə dövlət tərifindən göstərilən diqqət və qayğını gənclərimizin diqqətinə çatdırmaq, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksədilməsi olmuşdur.
Forumun rəsmi hissəsi bitdikdən sonra Mədəniyyət Mərkəzinin solistləri və F.Əzimov adına Uşaq İncəsənət məktəbənin tələbələrinin iştirakı ilə bədii hissə davam etdirilmişdir.
#AZEgənclərvəidman #birkimibirlikdə
#Gənclərhəftəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ