




07 fevral 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Şamaxı" idman klubunda Cüdo idman növü üzrə məşqçi-müəllim Vahid Dəmirovun rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində nümunəvi çıxışlar təqdim olundu.
Əvvəlcə Vahid Dəmirov müxtəlif fəndləri yeniyetmələrə nümayiş etdirdi. Sonra yetirmələri bu fəndləri təkrarlayaraq nümunəvi fəndlər nümayiş etdirdilər.
#AZEgənclərvəidman #birkimibirlikdə